2005
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib. Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bununla da komandamız 2 pillə irəliləyərək 89-cu yerdən 87-ci pilləyə qalxıb. Millimiz 4 komandanı - Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya (95-ci yerdən 80-ci pilləyə) və Boliviyanın (97-ci yerdən 74-cü pilləyə) sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.
Millimiz və “qonşular”ı
83 (66). Benin – 396
84 (78). Konqo – 392
84 (87). Qabon – 392
86 (81). Norveç – 387
87 (89). Azərbaycan – 386
88 (98). Svazilend - 378
89 (84). Qətər – 369
90 (106). Mavritaniya - 366
91 (92). Liviya - 361
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentina 1 illik liderliyi əldən verib. Uruqvay “onluq”dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.
Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 863 xal var.