çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

“Borussiya” Dortmund rəhbərliyi Pyer-Emerik Obameyanqı cərimələyib

06.04.2017 17:20 Oxundu 1852

“Borussiya” Dortmund rəhbərliyi hücumçu Pyer-Emerik Obameyanqı “Şalke-04” ilə oyunda (1:1) qol sevinci zamanı hörümçək-insan maskasından istifadə etdiyinə görə cərimələyib. Məlumata görə, maska “Nike” firmasından olub, halbuki “Borussiya”nın texniki sponsoru “Puma” şirkətidir. “Borusiyya” rəhbərliyi 27 yaşlı futbolçunu 100 avro məbləğində cərimələyib. Qalmaqal oyundan sonra növbəti gün, aprelin 2-də baş verib. Həmin vaxt mətbuatda cərimə barədə danışılırdı, lakin məbləğ açıqlanmırdı.