çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Final uğrunda “Fənər” “Başakşəhər”lə, “Konyaspor” isə “Kasımpaşa” ilə qarşılaşacaq

07.04.2017 07:10 Oxundu 1784

Türkiyə kubokunda bütün yarımfinalçıların adlarına aydınlıq gəlib. Son vəsiqə uğrunda Super Liqa təmsilçisi “Konyaspor”la birinci liqada mübarizə aparan “Sivasspor” qarşılaşıb. Görüş Konya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında Sivasda baş tutmuş ilk oyunda qolsuz bərabərlik qeydə alındığına görə, “Konyaspor” final uğrunda mübarizəyə qoşulacaq.Qeyd edək ki, daha əvvəl “Fənərbaxça”, “Başakşəhər” və “Kasımpaşa” yarımfinala vəsiqə qazanmışdı. Final uğrunda “Fənər” “Başakşəhər”lə, “Konyaspor” isə “Kasımpaşa” ilə qarşılaşacaq.