çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Yaşar Vahabzadə: "Məncə, favorit Kamerun millisidir"

07.04.2017 07:21 Oxundu 1919

IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Püşkatma haqda fikriləriniz necədi?

- İştirakçı komandaların hamısına hörmətlə yanaşmaq lazımdır. Bütün komandalar iddialıdır və biz də iddiamızı ortaya qoyacağıq. Qrupumuz çox güclüdür. Ən güclü komandalar da bizim qrupa düşdülər. Buna baxmayaraq, doğma divarlar arasında oynayacağıq və azarkeşlərimizin də dəstəyi olacaq. Yaxşı oyunla yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Reqlamentə əsasən hər komandada 23 yaşdan yuxarı 3 futbolçunun xidmətindən istifadə edə bilərsiz. Onlar kim olacaq?

- Azərbaycan çempionatı davam edir və hələ mayın 5-də kubokun final oyunu var. İlk oyunumuz mayın 8-də olacaq. Diqqətimizdə 3 yox, 6-7 namizəd oyunçu var. Təki istədiyimiz oyunçuların zədəsi olmasın, sağlam olsunlar. Yəqin ki, yaxınlarda onların adları açıqlanacaq.

- Sizcə, qrupun favoriti hansı komandadı?

- Məncə, favorit Kamerun millisidi. Mənə elə gəlir ki, ən güclü komanda budu.

- Hazırlıq planı necə olacaq?

- Yoldaşlıq oyunları planlaşdırmırıq. Aprelin 29-da çempionat başa çatır. Biz tam heyətlə mayın 7-də məşq edəcəyik. Çünki kubokun final oyunu olacaq. "Qarabağ” və "Qəbələ”nin oyunçuları mayın 6-da bizə qoşulacaqlar. Yoldaşlıq görüşlərinə vaxt da qalmır. Mayın 8-də yarışlar başlayır.

- Qrupdan çıxmaq şansımız var?

- Əsas məqsədimiz qrupdan çıxmaqdı. Sonrasına isə baxarıq. (qol.az)