çərşənbə axşamı, 28 aprel 2026

DÜNYA FUTBOLU

Edqardo Bausa vəzifəsindən uzaqlaşdırılıb

07.04.2017 09:02 Oxundu 1793

Argentina millisinin baş məşqçisi, 59 yaşlı Edqardo Bausa vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışıdır. Xüsusən də XIV turda Boliviyaya (0:2) məğlubiyyət assosiasiyanı belə bir qərara vadar edib. Argentina Futbol Assosiasiyası bununla bağlı bu günlərdə rəsmən açıqlama verməyi planlaşdırır.

Qeyd edək ki, Argentina yığması 14 turdan sonra 22 xalla 5-ci pillədə qərarlaşır.