çərşənbə axşamı, 13 yanvar 2026

GÜLƏŞ

Qadın güləşçilərimizdən ikisi ilk beşlikdə qərarlaşıb

07.04.2017 15:37 Oxundu 2405

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb. Qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Onlardan ikisi ilk beşlikdə qərarlaşıb. Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub.

48 kq
2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)

53 kq
4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
15. Anjela Doroqan - Ukrayna beyn. turniri 3-cü yer (nr)
18. Leyla Qurbanova - U-23 Avropa çempionatı 2-ci yer (nr)

55 kq
17. Alyona Kolesnik - U-23 Avropa Çempionatı 3-cü yer @58 kq (20)

58 kq
15. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (11)

60 kq
11. Tatyana Omelçenko - Ukrayna beyn. turniri 1-ci yer (14)

63 kq
20. Elmira Qəmbərova - Ukrayna beyn. turniri 2-ci yer (nr)

69 kq
12. Elis Manolova - Yarıgin beyn. turniri 3-cü yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.