07.04.2017 16:10
1974
1974
"Yuventus"un və İtaliya yığmasının sabiq qapıçısı Dino Dzoff "qoca sinyora"nın Çempionlar Liqasının dörddə bir finalındakı oyunu ilə bağlı fikirlərini açıqlayıb: "Bu oyunlar çox yüksək səviyyədə olacaq, mən də ispanlara deyirəm ki, çox ehtiyatlı olsunlar. Çox inanıram ki, "Yuventus" "Barselona"ya qalib gələcək".
Qeyd edək ki, "Yuventus" - "Barselona" matçı aprelin 11-də keçiriləcək. Çavab matçı isə aprelin 19-da təşkil olunacaq.