çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

“Sarı-göylər” Bakıdakı çalışmaları yekunlaşdırıb

07.04.2017 17:42 Oxundu 1708

Topaz Premyer Liqasının XXV turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyuna hazırlığın əsas hissəsini tamamlayıb. Bu gün ADBTİA-nın stadionunda keçirilən məşqlə “sarı-göylər” Bakıdakı çalışmaları yekunlaşdırıb. Komanda sabah Nizami yurduna gələcək və matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək arenada keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.