çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Biro Jadenin yetirmələri ilk sınaqdan üzüağ çıxacaqmı?

08.04.2017 07:15 Oxundu 1811

Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunda mübarizəyə start veriləcək. Millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək.Yığmamızın ilk rəqibi Bosniya və Hersoqovina millisi olacaq. Avropada ən güclülərdən hesab olunan milli komandamız bu qrupun da favoriti hesab olunur. Biro Jadenin yetirmələri ilk sınaqdan üzüağ çıxaraq finallara getmək yoluna inamla başlamağı hədəfləyirlər. Seçmə mərhələ oyunlarından əvvəl Moldova yığması ilə iki yoxlama matçı keçirən komandamızın yaxşı formada olduğunu söyləmək olar. Qrupdakı digər oyunda isə Macarıstan Albaniya ilə üz-üzə gələcək.

AÇ-2018-in seçmə mərhələsi

B qrupu

I tur, 8 aprel

16:00. Macarıstan – Albaniya

Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)

Bakı İdman Sarayı

18:30. Azərbaycan – Bosniya və Herseqovina

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı