çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

FİFA DÇ-2018-ə 1,948 milyard dollar xərcləyəcək

08.04.2017 13:54 Oxundu 2041

FİFA-nın gələn il keçiriləcək dünya çempionatına nə qədər investisiya qoyacağı bəlli olub. Ali futbol qurumu DÇ-2018-ə 1,948 milyard dollar xərcləyəcək. Məbləğin ən böyük hissəsi matçların təşkilinə xərclənəcək. Belə ki, FİFA bunun üçün 627 milyon dollar ayırıb. 400 milyon dollar iştirakçı yığmalar, 209 milyon dollar isə dünya çempionatına futbolçu göndərəcək klublar arasında bölünəcək. Televiziya məhsulunun ortaya çıxarılması 241 milyon dollara başa gələcək. FİFA, həmçinin “Rusiya-2018” Təşkilat Komitəsinə 99 milyon dollar ayırıb. Qeyd edək ki, 2018-ci il Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.