2480
Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilir. Sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edir.
İlk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışır.
Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev yarımfinalda Macarıstanlı son Dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Qırğızıstan təmsilçisi olacaq.
Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) da bürünc medal görüşünə çıxacaq.
Sərbəst güləşçilərimizdən 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov yarımfinalda Rumıniyalı rəqibinə uduzub. Axşam proqramında güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.