çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Bu gün futzal üzrə yığmamız Albaniya ilə qarşılaşacaq

09.04.2017 08:02 Oxundu 1904

Bu gün futzal üzrə Azərbaycan milli komandası AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirəcək. Yığmamız Albaniya ilə qarşılaşacaq. B qrupunda yer alan komandamız ilk matçında Bosniya və Herseqovina millisinə 5:4 hesabı ilə qalib gələrək 3 xalını qazanıb. İlk oyunda rəqibi qarşısında çətin anlar yaşayan Biro Jadenin yetirmələri qələbə qazanaraq həm bunun ilk matç həyəcanı olduğunu sübut etməli, həm də xal ehtiyatını artıraraq favoriti olduğu qrupu lider kimi başa vurmaq üçün addım atmalıdır. Rəqib isə birinci görüşündə Macarıstana uduzduğu üçün ikinci oyununda ciddi müqavimət göstərəcək. Əks halda qrupda qalmaq təhlükəsi var.Bakı İdman Sarayında baş tutacaq oyun saat 18:30-da start götürəcək. Oyunu kiprli Kostas Nikolau və finlandiyalı Timo Onatsu idarə edəcək.Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla qarşılaşacaq.

AÇ-2018-in seçmə mərhələsi

B qrupu

II tur

16:00. Bosniya və Herseqovina – Macarıstan

18:30. Azərbaycan – Albaniya

Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)

Bakı idman sarayı

Yer

Komanda

O

Q

H

M

T/F

X

1

Azərbaycan

1

1

0

0

5:4

3

2

Macarıstan

1

1

0

0

4:3

3

3

Albaniya

1

0

0

1

3:4

0

4

Bosniya və Hrs.

1

0

0

1

4:5

0