çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Raul Qonzales Madridə gəlib

09.04.2017 09:28 Oxundu 2054

Madrid “Real”ının keçmiş forvardı Raul Qonzales klubla müqavilə bağlamaq üçün ABŞ-dan Madridə gəlib. Raul “Real”ın prezidenti Florentino Peres ilə görüş keçirəcək və klubun məşqçi heyətinin tərkibinə qatılacaq. Raul ABŞ-da İspaniya çempionatının təmsilçisi qismində işləyib.

Qeyd edək ki, “Real”ın yetirməsi olan 39 yaşlı Raul 1994-2010-cu illər ərzində Mardid klubunun heyətində oynayıb. UEFA Çempionlar Liqasının 3 qat qalibi, 6 qat İspaniya çempionu olan Raul 5 dəfə İspaniyada ilin futbolçusu seçilib.