1988

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib. Turun açılış matçı Gəncədə oynanılıb. Turun ilk qarşılaşmasında avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Kəpəz” ilə “Neftçi” Gəncədə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən matçın taleyini on bir metrlik zərbələr həll edib. “Kəpəz”in futbolçusu T.Axundov Bakı futbolçularını iki dəfə penaltidən cəzalandırıb.
Beləliklə, rəqibinə 2:0 hesabı ilə qalib gələn “Kəpəz” xallarının sayını 27-yə yüksəldərək turnir cədvəlində “Neftçi”ni qabaqlayıb.
Azərbaycan Premyer Liqası
XXV tur
9 aprel (bazar)
“Kəpəz” – “Neftçi” - 2:0
Qollar: Tural Axundov, 13 (pen.), 41 (pen.)
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:0, 0:0
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu
“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
“Neftçi”: 33. Boban Baykoviç, 3. Jairo Rodriges, 7. Namiq Ələsgərov, 8. Zdenek Folprext, 9. Uqo Barqas, 11. İqnasio Herrera Fernandes, 12. Daniel Seqovia, 22. Mahir Şükürov (k), 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 15. Ruslan Abışov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 29. Georgi Navalovski
Baş məşqçi: Elxan Abdullayev