çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayev: "4 futbolçunun zədələnməsi oyunumuza çox pis təsir edib"

09.04.2017 19:14 Oxundu 1955

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XXV turunun "Kəpəz” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Belə meydanda oynamaq bütün komandalar üçün çox çətindir. Bu amil həm bizə, həm də rəqibə çətinlik yaratdı. Zədəlilərin çoxluğu ardıcıl 2-3 oyun stabil heyətlə oynamağa imkan vermir. Pavel Dreksa və Kirilo Petrov zədəli olduğu üçün müdafiənin mərkəzində iki məcburi dəyişiklik etmişdik. Üstəlik, sol cinah oyunçusu Georgi Navalovski zədəli olduğu üçün ikinci hissədə ağrıkəsici iynənin hesabına meydana çıxdı. Ruslan Abışov bu gün "18-lik”də olsa da, hələ ki meydana çıxmağa hazır deyil, tam bərpa olunmayıb. Bir sözlə, birdən-birə 4 futbolçunun zədələnməsi oyunumuza çox pis təsir edib. Bütün bunlara baxmayaraq, növbəti oyunlara qələbə qazanmaq üçün çıxacağıq”.