1877
“Çox gözəl, gərgin mübarizə oldu. Məncə, sürətli oyun idi, futbola doyduq”. Bu sözləri “Qarabağ”ımızın vitse-prezidenti Tahir Gözəl "Qəbələ"ylə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. Vitse-prezidentoyun haqda öz fikirlərini belə açıqlayıb: “Qarabağ”ın real qol şansları var idi, son dəqiqələrdə çox həyəcanlandıq. Nəticədən razıyıq. “Qarabağ” belə oyun keyfiyyətini davam etdirsə, inşallah, çempion olacağıq. Heç vaxt arxayınlaşmaq olmaz. Xüsusən də zəif rəqiblərə qarşı oyunlar çətin alınır, çünki futbolçularda rahatlıq yaranır. Ona görə komandadan sona qədər mübarizə gözləyirəm. Son dəqiqələrdə Muaremlə qola çox yaxınlaşdıq, amma alınmadı. Çox üzüldüm. Əgər qol olsaydı, möhtəşəm olacaqdı. Yenə deyirəm, “Qarabağ”dan razıyam”.