2011
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq. İkinci oyun günündə daha iki qarşılaşma baş tutacaq. “Zirə” “İnter”i, AZAL “Sumqayıt”ı qəbul edəcək. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Zirə” ilə “İnter”in dueli az maraq kəsb etmir. “İnter” 3-cü yerdə möhkəmləndiyi halda, “Zirə” 4-cü pillədə rəqiblərin nəfəsini hiss edir. Bu mənada, Ayxan Abbasovun komandasına qələbə daha çox lazımdı.
Sonuncu pillədəki mövqeyi rəsmiləşən AZAL isə “Sumqayıt”ı qəbul edəcək. “Təyyarəçilər”dən fərqli olaraq, “gənclik şəhəri” təmsilçisi Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Təsadüfi deyil ki, “Sumqayıt” 4-cü pillədə qərarlaşan “Zirə”dən cəmi 3 xal geri qalır. Bu mənada, Samir Abasovun yetirmələrini yalnız qələbə qane edəcək.
Azərbaycan Premyer Liqası
XXV tur
10 aprel (bazar ertəsi)
15:00. “Zirə” – “İnter”
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:1
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu
17:30. AZAL – “Sumqayıt”
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 0:1
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena”
|
1 |
Qarabağ |
25 |
16 |
5 |
4 |
39-12 |
53 |
|
2 |
Qəbələ |
25 |
13 |
10 |
2 |
43-14 |
49 |
|
3 |
İnter |
24 |
11 |
9 |
4 |
35-24 |
42 |
|
4 |
Zirə |
24 |
8 |
7 |
9 |
21-24 |
31 |
|
5 |
Sumqayıt |
24 |
7 |
7 |
10 |
22-30 |
28 |
|
6 |
Kəpəz |
25 |
6 |
9 |
10 |
19-26 |
27 |
|
7 |
Neftçi |
25 |
8 |
2 |
15 |
19-40 |
26 |
|
8 |
AZAL |
24 |
1 |
7 |
16 |
11-39 |
10 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11