1981
Futzal üzrə AVRO-2018-in əsas seçmə mərhələsinin Bakıda keçiriləcək qrup oyunlarının III turuna təyinatları açıqlanıb. Aprelin 11-də baş tutacaq son turda Azərbaycan yığması Macarıstanla görüşəcək. Millimizin görüşünü Finlandiya və Bolqarıstandan hakimlər briqadası idarə edəcək. Skandinaviyalı Timo Onatsu matçın 1-ci, balkanlı Borislav Kolev isə 2-ci hakim kimi meydana çıxacaq.
Qeyd edək ki, Onatsu ardıcıl 3-cü dəfə millimizin oyununa təyinat alıb. O, I turun Azərbaycan - Bosniya və Herseqovina matçının (5:4), II turun Azərbaycan – Albaniya qarşılaşmasının (5:0) ikinci referisi funksiyasını yerinə yetirib.
B qrupu
III tur, 11 aprel
17:30. Albaniya - Bosniya və Herseqovina
Hakimlər: Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı
20:00. Macarıstan - Azərbaycan
Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)
Bakı İdman Sarayı