1967
Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulacaq. Son oyun gününə nəzərdə tutulan iki görüşdən biri başa çatıb. İlk olaraq “Zirə” “İnter”i qəbul edib. Görüş 1:1 hesabı (Maraqlıdı ki, bu komandaların cari mövsümdə keçirdiyi hər 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Özü də bütün görüşlər 1:1 hesabı ilə nəticələnib) ilə başa çatıb. Bununla da "İnter" ən azı bürünc medalı özü üçün təmin edib. Zaur Svanadzenin komandasının ikincilik şansı da qalır.
Azərbaycan Premyer Liqası
XXV tur
10 aprel (bazar ertəsi)
“Zirə” – “İnter” - 1:1
Qollar: Riçard Qadze, 19 - Rauf Əliyev, 12
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:1
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 44. Migel Lorenso, 13. Aleksandr Şemonayev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 10. Elvin Məmmədov (k), 11. Viktor İqbekoyi, 20. Sezar Meza Kolli, 7. Amadu Sanqar, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 6. Vüqar Mustafayev, 23. Yovan Krneta, 21. Murad Səttarlı, 9. Nurlan Novruzov, 26. Georgi Qorozia, 8. Milan Duriç
Baş məşqçi: Ayxan Abbasov
“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 4. Slavik Alxasov, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
z