çərşənbə axşamı, 28 aprel 2026

DİGƏR NÖVLƏR

Samirə Qəhrəmanova 6-cı oldu

11.04.2017 09:03 Oxundu 1603

Azərbaycan gimnastı Samirə Qəhrəmanova Belarusun Mogilyov şəhərində keçirilən qadın idman gimnastikası üzrə açıq respublika çempionatında iştirak edib. Qadın idman gimnastikası ölkəmizdə 2013-cü ildən inkişaf etdirilməsinə baxmayaraq, Azərbaycan məktəbinin yetirməsi artıq beynəlxalq arenada öz qüvvəsini sınayıb.

S.Qəhrəmanova şəxsi karyerasında ilk dəfə olaraq beynəlxalq turnirdə çıxış edib. O, Ukrayna, Latviya, Özbəkistan, Türkmənistan və Belarusdan olan idmançılarla mübarizə apararaq üç final mərhələsinə yüksəlib. Ən yaxşı nəticəni dayaqlı tullanma hərəkətlərində göstərən gimnastımız altıncı yerdə qərarlaşıb.