çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

“Daçiya”nin göz yaşları

07.07.2016 19:51 Oxundu 1861

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Təmsilçilərimizdən “Kəpəz” səfərdə “Daçiya” ilə qarşılaşıb.
Bakıda keçirilən ilk görüşdə Moldova klubu ilə qolsuz bərabərə qalan Şahin Diniyevin komandası bu oyunda 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə olaraq avrokuboklarda növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Kəpəz" ikinci təsnifat mərhələsində Avstriyanın "Admira-Vakker Medlinq" klubu ilə qarşılaşacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

“Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan) - 0:1

Qol: Dario Federiko Junior, 57

Baş hakim: Laşa Silaqava

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria

Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Speya (Moldova). “Speya” stadionu

İlk oyun – 0:0

“Daçiya”: 12. Dmitriu Seleadnik, 2. Andrey Slinkin, 4. Semion Bulqaru (k), 5. Vyaçeslav Posmak, 10. Aleksandru Bejan, 11. Denis Kojanov, 15. Sapol Mani, 17. Yevgeni Kosiyuk, 19. Maksim Qavrilenko, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşçuk.

Ehtiyat oyunçular: 16. Dorian Raylean, 7. Rinar Valeyev, 9. İqor Buqayev, 6. Medzit Neziri, 25. Andrey Buqneaç, 27. Vasil Yardan, 29. Yaser Turkan.

Baş məşqçi: Oleq Bejenar

“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 77. Serjinyo, 10. Dario Frederiko, 17. Nicat Qurbanov, 90. Jülien Ebah.

Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.

Baş məşqçi: Şahin Diniyev