çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Azarkeşlərin fikrincə, Naxçıvana gedib-gəlmək əlavə xərc tələb edir

11.04.2017 14:35 Oxundu 1899

Ölkə kubokunun finalının yeri dəyişməyəcək. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, “Qarabağ” və “Qəbələ” arasında keçiriləcək görüş mayın 5-də Naxçıvanda baş tutacaq.“Artıq qərar verilib. Mayın 4-dən etibarən Bakıdakı stadionların əksəriyyəti İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsinin ixtiyarına veriləcək. Bu səbəbdən final Naxçıvanda keçiriləcək” – deyə, PFL prezidenti bildirib. Xatırladaq ki, “Qarabağ” və “Qəbələ” azarkeşləri bəyanat yayaraq, ölkə kubokunun finalının Naxçıvanda deyil, başqa bir şəhərdə keçirilməsini tələb edib. Azarkeşlərin fikrincə, Naxçıvana gedib-gəlmək əlavə xərc tələb edir.