2332
Çempionlar Liqasında 1/4 final mərhələsində turnirin favoritləri arasında göstərilən “Yuventus”la “Barselona” üz-üzə gəliblər. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.Əvvəlcə Dibala 7-ci dəqiqədə hesabı açıb. Qonaqlar özünə gəlməyə macaq tapmamış Dibala fərqi artırıb. Argentinalı futbolçu dublunu ilk qoldan 15 dəqiqə sonra rəsmiləşdirib. İkinci hissənin əvvəlində isə Kyellini başla dəqiq oynayb - 3:0. Oyunda başqa qol olmayıb və "Yuventus" doğma meydanda qazandığı böyükhesablı qələbə ilə yarımfinal yolunda inamlı addım atıb.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
11 aprel
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) - 3:0
Qollar: Dibala, 7, 22, Kyellini, 55
Baş hakim: Şimon Marçinyak (Polşa)
Turin, “Yuventus” stadionu
v