12.04.2017 16:54
2189
2189
"Qarabağ"ın 12 yaşlılardan ibarət komandası bu gün Türkiyəyə yollanıb. Futbolçular "Altınordu" klubu tərəfindən hər il keçirilən "U-12 İzmir Cup" turnirində iştirak edəcək. Bu turnirdə 12 ölkənin 48 komandası iştirak edir. İspaniyanın "Atletiko" (Madrid), "Atletik" (Bilbao), Rusiyanın "Krasnodar", Yunanıstanın "Panatinaikos", Almaniyanın "SV Ayntraxt", "Berlin", İtaliyanın "Torino, Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Altınordu" kimi klublarl iştirak edir.
"Qarabağ"ın artıq qrupdakı rəqibləri də məlumdur. Komanda "Trabzonspor", "Gümüşordu", "Denizli Çamlık", "Çorlu Fənər" və H6 klublarıyla qarşılaşacaq.