çərşənbə axşamı, 13 yanvar 2026

DİGƏR NÖVLƏR

Ərdoğan​: “2026 Qış Olimpiya Oyunlarının Ərzurumda təşkil edilməsinə hazılıq görürük”

12.04.2017 18:55 Oxundu 1982

“2026 Qış Olimpiya Oyunlarının Ərzurumda təşkil edilməsinə hazılıq görürük”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda referendum kampaniyası çərçivəsində keçirdiyi mitinqdə deyib. O, Ərzurumun 2026 Qış Olimpiya Oyunları üçün namizədliyini açıqlayıb: “Hazırda ilkin mərhələni həyata keçirdik, Olimpiada olarkən kiçik dəyişikliklər ediləcək. Ərzuruma 20 milyard türk lirəsi sərmayə qoyulması və 23 min iş yerinin açılmasını planlaşdırdıq. Bunun üçün dövlət infrastruktur quracaq”.