2512
.jpg)
Aprelin 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. Dörddəbir final mərhələsinin ən maraqla gözlənilən oyunu “Bavariya” və “Real Madrid” klubları arasında olub. İlk hissəni “Bavariya” klubu 1:0 öndə başa vurub. Oyunun 25-ci dəqiqəsində hesabı açan Arturo Vidal birinci hissənin sonlarına yaxın “Real Madrid” klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.
İspaniya təmsilçisi ikinci hissəyə qolla başlayıb. Oyunun 47-ci dəqiqəsində Kriştiano Ronaldo qonaq komandanın bərabərlik qolunu vurub. Qarşılaşmanın 61-ci dəqiqəsində isə Kriştiano Ronaldoya qarşı kobudluq edən Xavier Martinez qırmızı vərəqə alaraq meydan sahiblərini çətin vəziyyətə salıb. On nəfərlə mübarizə aparan “Bavariya” klubu oyunun 77-ci dəqiqəsində qapısından daha bir qol buraxıb. Kriştiano Ronaldo topu Manuel Noyerin ayaqları arasından tora göndərib. Qarşılaşma 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")
Qollar: Vidal, 25 - Ronaldo, 47, 77
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Münhen, “Alyans Arena”
b