1823
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Baş tutacaq 4 oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.
Avrokuboklarda Türkiyənin yeganə təmsilçisi olan “Beşiktaş” “Lion”la qarşılaşacaq. Fransada baş tutacaq oyunda “qara qartal”ın hədəfi ikinci oyun üçün vətənə sərfəli nəticə ilə dönməkdi. Ancaq bu oyun Şenol Günəşin komandası üçün o qədər də asan olmayacaq. Belə ki, əsas oyunçuları Abubakar və Quarejmanın uyğun olaraq cəza və zədə səbəbindən oynamaması komandanın işini çətinləşdirir. “Beşiktaş”dan fərqli olaraq yaxşı günlər keçirməyən “Lion”da isə ciddi itki yoxdur.
Turnirin əsas favoriti “Mançester Yunayted” isə Belçika səfərinə yollanacaq. “Qırmızı şeytanlar”ın rəqibi “Anderlext” olacaq.
1/4 final mərhələsinin digər matçlarında “Ayaks” “Şalke”ni, “Selta” isə “Genk”i qəbul edəcək. Bu komandalar arasında yalnız “Ayaks”ın ölkə çempionatından ÇL-ə yollanmaq şansı qalır. Hollandiya təmsilçisi yenidən Avropa arenasında titul qazanmağa çalışacaqsa, digər 3 komanda sürpriz edərək, finala qədər irəliləmək niyyətindədi.
Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
13 aprel
23:05. “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)
Baş hakim: Metyu Lahoz (İspaniya)
Lion. “Park Olimpik Lion” stadionu
23:05. “Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
Anderlext. “Konstant Vanden Stok” stadionu
23:05. “Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Amsterdam. “Amsterdam Arena”
23:05. “Selta” (İspaniya) – “Genk” (Belçika)
Baş hakim: Klemen Turpin (Fransa)
Viqo. “Estadio de Balaydos”