çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo avrokuboklardakı qol sayını 100-ə çatdırıb

13.04.2017 08:20 Oxundu 1762

“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. Portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə ilk oyununda gerçəkləşdirib.Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştiano 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.