13.04.2017 12:58
2045
2045
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirəcək. Yığmamız Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində Makedoniya ilə qarşılaşacaq. Bu matç Təbriz Həsənovun yetirmələrinin balkanlılarla ikinci dueli olacaq. İki gün əvvəl baş tutan ilk yoldaşlıq oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlmişdi.Görüş “Dalğa Arena”da keçiriləcək. Matç saat 17:00-da başlayacaq. Qarşılaşmanı azərbaycanlı hakimlər briqadası idarə edəcək.
Yoldaşlıq oyunu
17:00. Azərbaycan (U-19) – Makedoniya (U-19)
Baş hakim: Ziya Nəsirov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Zeynal Zeynalov
Dördüncü hakim: Emin Nağıbəyov
Bakı. “Dalğa Arena” stadionu