13.04.2017 17:01
2285
2285
"Yuventus” klubu argentinalı futbolçu Paulo Dibala ilə müqavilənin müddətini 2022-ci ilədək uzadıb. Yeni müqaviləyə əsasən, hücumçunun illik maaşı 7 milyon avro olacaq. Bununla da Dibala Turin klubunun heyətində ən yüksək maaş alan ikinci futbolçu olacaq. Onun həmyerlisi Qonsalo İquain illik 7,5 milyon avroluq maaşla ilk pillədədir.
P.Dibala “Yuventus”a 2015-ci ildə 33,7 milyon avroya “Palermo” klubundan transfer olunub.