13.04.2017 17:04
1929
1929
Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan və ardıcıl dördüncü dəfə keçirilən “Shamkir Chess” beynəlxalq super turnirinin tanıtım videosu təqdim edilib. Tanıtım videosunda turnirin iştirakçıları barədə məlumat verilir.
“Synergy Group”un və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçiriləcək Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.
Turnirin rəsmi açılış mərasimi aprelin 20-də keçiriləcək. “Shamkir Chess 2017” turnirinə mayın 1-də yekun vurulacaq.