çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Tovuz klubu elitaya vəsiqəni təmin edib

13.04.2017 17:33 Oxundu 1594

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XXIV tura start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub. Daha bir görüşdə isə texniki nəticə rəsmiləşib. Keçirilən oyunlardan sonra Premyer Liqaya 3 vəsiqədən birinin sahibi bilinib. MOİK-i 1:0 hesabı ilə yenən “Turan Tovuz” nəinki ilk “üçlük”də, hətta ilk 2 yerdən birini təmin edib. Bununla da Tovuz klubu elitaya vəsiqəni təmin edib. Amma idman prinsipləri ilə Premyer Liqaya yüksələn qərblilər orada çıxış etmək üçün lisenziya almalıdı. Buna isə gələn ayın əvvəlində aydınlıq gələcək. Qeyd edək ki, reqlamentə əsasən ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlir, orada sonuncu olan isə diviziona düşür.

I divizion

13 aprel

“Rəvan” – “Ağsu” - -:+

“Turan Tovuz” – MOİK – 1:0

Rəhman Musayev, 90+2

“Mil-Muğan” - “Qaradağ Lökbatan” – 2:4

Raul Yaqubzadə, 69; Mübarək Şahquliyev, 81 (ö.q) // Mübarək Şahquliyev, 21; Sabir Allahquliyev, 32; Elgiz Kərimli, 43; Rüfət Məmmədov, 64

1

Turan Tovuz

24

17

6

1

59-9

57

2

Səbail

23

16

2

5

71-23

50

3

Qaradağ Lökbatan

24

16

1

7

60-29

49

4

Ağsu

24

15

4

5

59-21

49

5

Zaqatala

23

14

3

6

65-26

45

6

Şəmkir

23

14

2

7

36-18

44

7

Mil-Muğan

24

11

5

8

38-29

38

8

MOİK

24

9

6

9

41-27

33

9

Şərurspor

23

7

4

12

36-45

25

10

Şahdağ

23

6

5

12

29-44

23

11

Energetik

23

5

4

14

22-72

19

12

Göyəzən

23

2

4

17

16-82

10

13

Rəvan

24

6

1

17

24-64

10

14

Bakılı

23

2

1

20

24-91

7