13.04.2017 20:27
1464
1464
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyunu keçirib. Rəqib ikinci dəfə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olub. Matç millimizin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Qolu Doğukan Öksüz vurub. Qarşılaşma “Dalğa Arena”da keçirilib.
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə Makedoniya millisi 1:0 hesabı ilə qələbə qazanıb.
13 aprel
Yoldaşlıq oyunu
17:00. Azərbaycan - Makedoniya - 1:0
Qol: Doğukan Öksüz
Hakimlər: Ziya Nəsirov, Mübariz Haşımov, Zeynal Zeynalov, Emin Nağıbəyov










