çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Simvolik komandada “qoca sinyora”nın 5 üzvü yer alıb

13.04.2017 20:35 Oxundu 1617

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının rəmzi komandası müəyyənləşib. Qitə futbol qurumu “Yuventus” futbolçularına üstünlük verib. Belə ki, 5-2-3 sisteminə əsasən qurulan simvolik komandada “qoca sinyora”nın 5 üzvü yer alıb. “Atletiko” isə 3 oyunçu ilə “11-lik”də təmsil olunub.

Qapıçı: Canluici Buffon (“Yuventus”)

Müdafiəçilər: Filipe Luis, Dieqo Qodin (hər ikisi “Atletiko”), Aleks Sandro, Corcio Kyellini, Leonardo Bonuççi (hamısı “Yuventus”)

Yarımmüdafiəçilər: Şinji Kaqava (“Borussiya”, Dortmund), Kilian Mbappe (“Monako”)

Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Kriştianu Ronaldo (“Real”), Paulo Dibala (“Yuventus”)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarında “Yuventus” “Barselona”nı 3:0, “Real” “Bavariya”nı 2:1, “Monako” “Borussiya”nı (Dortmund) 3:2, “Atletiko” isə “Lester”i 1:0 hesabı ilə məğlub edib.