çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

“Lion” – “Beşiktaş”- 2:1 VİDEO

14.04.2017 00:41 Oxundu 1894

UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçirilib. Azərbaycanlı futbol azarkeşlərinin də böyük maraq göstərdiyi “Beşiktaş” (Türkiyə) - “Lion” (Fransa) qarşılaşması gərgin mübarizə şəraitində keçib. On beşinci dəqiqədə hesabı açan “Beşiktaş” son dəqiqələrdə müdafiə xəttinin və qapıçının səhvi ucbatından qələbəni əldən verib. Oyunun 83-cü dəqiqəsində hesabı bərabərləşdirən “Lion” 85-ci dəqiqədə önə keçib. Oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

13 aprel


“Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə) - 2:1

Qol: Tolisso, 83, Morel, 85 - Babel, 15

Baş hakim: Metyu Lahoz (İspaniya)

Lion. “Park Olimpik Lion” stadionu

b