1599
Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup”da qrup mərhələsinə yekun vurulub. “H” qrupunda mübarizə aparan “qırmızı-qaralar”ın U-12 komandası bu mərhələdə 5 matç keçirib. Təmsilçimiz “Manisa Bələdiyyəspor”, “Kamalpaşa 1923” və Muğla yığması ilə qolsuz heç-heçə edib. “Altınordu”ya 0:1 hesabı ilə uduzan “Qəbələ” Almaniyanın “Ayntraxt” (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb - 3:0. Mərhələni 6 xalla başa vuran “qırmızı-qaralar” 4-cü yeri tutub. Bu nəticələr Zaur Hacıyevin yetirmələrinin növbəti mərhələyə yüksəlməsinə imkan yaradıb.
Bu raundda 32 komanda 8 qrupda çıxış edəcək. “Qəbələ” E qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin “Altay”, “İnegölspor” və Rusiyanın “Krasnodar” klubları olacaq.