14.04.2017 15:44
1390
1390
UEFA Uels hakimiyyəti ilə bağlı yığıncaq keçirib. Yığıncağın mövzusu iyunun 3-də Kardiffdə keçirilməsi planlaşdırılan 2016/17 – Çempionlar Liqasının final matçında təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsidir. Qeyd edilir ki, görüşün keçiriləcəyi “Millenium” arenası açılıb-bağlanan damla təchiz edilib. UEFA rəsmiləri istəyir ki, stadionun damı matç zamanı tam bağlı olsun. Məqsəd terrorçuların dronlardan istifadə edərək hücum etmək ehtimalını aradan qaldırmaqdır. Xatırladaq ki, aprelin 11-də Dortmundda “Borussiya” futbol klubunun avtobusunun yaxınlığında 3 partlayıcı qurğu işə düşüb. Nəticədə “Borusiyya”nın futbolçusu Mark Bartra və bir polis yüngül xəsarət alıb.