çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Bu gün Premyer Liqada XXVI tura start verilir

15.04.2017 06:51 Oxundu 1651

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçında “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparan komandaların duelində qalib gələn tərəf böyük üstünlük əldə edəcək. Ardıcıl 3 qələbə sayəsində rəqiblə aradakı xal fərqini 1-ə endirən "Sumqayıt" uğurlu seriyanı davam etdirəcəyi təqdirdə son iki tura 4-cü pillədə girəcək. Amma bunun əksi baş verərsə, o zaman "Zirə" 4 xal önə keçəcək və Avroliqaya xeyli yaxınlaşacaq.

Ayxan Abbasovun yetirmələrinin qarşılaşmadan 3 xalla ayrılması "Neftçi"nin ümidlərinin də üstündən xətt çəkəcək. Çünki "Zirə" belədə minimum 6 xallıq fərqi qorumuş olacaq. Bu isə şəxsi oyunlarda qəsəbə təmsilçisindən zəif olan “Neftçi”nin 80 illik yubileyində böyük uğursuzluğa düçar olmasına gətirib çıxaracaq.

“Zirə”nin büdrəməsinə ümid edən “Neftçi” turnir cədvəlindəki qonşusu, autsayder AZAL-la üz-üzə gələcək. Əgər buna qədər Sumqayıtda qonaqlar qalib gəlməsələr, o zaman “ağ-qaralar”ın 11 turdu qələbə üzü görməyən "təyyarəçilər"i yenməkdən başqa yolları olmayacaq. Çünki istənilən xal itkisi Elxan Abdullayevin kollektivinin Avropa Liqası xəyalının üstündən xətt çəkəcək. Sonuncu pilləni tərk etməyəcəyi dəqiqləşən AZAL isə yalnız uğursuz seriyaya son qoymaq üçün mübarizə aparacaq.

Azərbaycan Premyer Liqası

XXVI tur

15 aprel (şənbə)

16:30. “Sumqayıt” – “Zirə”

Mövsümün ilk 3 oyunu: 1:0, 1:0, 0:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim inspektor: Məlik Həsənov

Sumqayıt. Şəhər stadionu

18:30. “Neftçi” – AZAL

Mövsümün ilk 3 oyunu: 2:0, 0:1, 1:0

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Əhmədağa Cabbarov

8-ci km stadionu

1.

Qarabağ

25

16

5

4

39-12

53

2.

Qəbələ

25

13

10

2

43-14

49

3.

İnter

25

11

10

4

36-25

43

4.

Zirə

25

8

8

9

22-25

32

5.

Sumqayıt

25

8

7

10

24-31

31

6

Kəpəz

25

6

9

10

19-26

27

7.

Neftçi

25

8

2

15

19-40

26

8.

AZAL

25

1

7

17

12-41

10

Bombardirlər: Filip Ozobiç ("Qəbələ") – 11 qol; Rauf Əliyev ("İnter") - 9.