çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Klub prezidenti ömürlük cəzalandırıldı

15.04.2017 14:26 Oxundu 1792

Tunis Futbol Federasiyası hakimə qarşı aqressiv davranışına görə, “Sfaksyen” klubunun prezidenti Munsef Hemahemi ömürlük diskvalifikasiya edib. İnsident “Sfaksyen”-“Etual dyu Sahel” matçında baş verib. Prezidentin sahibi olduğu klubun qapısına təyin edilən mübahisəli penaltidən sonra M. Hemahem meydançaya çıxaraq hakimə yaxınlaşıb, onu öpüb və qulağını dişləyib. Tunis Futbol Federasiyası bu davranışı aqressiv kimi dəyərləndirib və M. Hemahemi futbolla bağlı istənilən fəaliyyətdən ömürlük uzaqlaşdırıb, habelə onu 12 min dollar cərimələyib.