çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

“Sumqayıt” – “Zirə” - 1:1 VİDEO

15.04.2017 20:26 Oxundu 1925

Aprelin 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna start verilib. Turun açılış oyunu “Kapital Bank Arena”da “Sumqayıt” və “Zirə” komandaları arasında keçirilib.Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan "Sumqayıt" komandası görüşün 83-cü dəqiqəsində istəyinə nail olub. Matçda Mirabdulla Abbasov fərqlənib. Görüşün 94-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən "Zirə"nin futbolçusu Milan Duriç hesabı bərabərləşdirib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Sumqayıt” – “Zirə” - 1:1

Qollar: Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (pen)

Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 13. Bəhlul Mustafazadə, 21. Nasir Abilayev, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

Zirə”: 85. Kamal Bayramov, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 11. Viktor İqbekoyi, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 92. Cavid Tağıyev, 17. Vüsal İsgəndərli, 26. Georgi Qorozia, 9. Nurlan Novruzov

Baş məşqçi: Ayxan Abbasov

Mövsümün ilk 3 oyunu: 1:0, 1:0, 0:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim inspektor: Məlik Həsənov

Sumqayıt. Şəhər stadionu

S