çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Qazanılacaq 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyacaq

16.04.2017 04:31 Oxundu 1760

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. İkinci oyun günündə daha iki qarşılaşma baş tutacaq. İlk görüş Gəncədə olacaq. "apasport"un verdiyi məlumata görə, “Kəpəz”in qonağı olan “Qəbələ” çempionluğa olan nəzəri şanslarını qorumaq üçün qalib gəlməlidi. Əyalət klubunun istənilən xal qazancı “İnter”in gümüş xəyalı ilə vidalaşması ilə nəticələnməsi mümkündü. Təbii ki, bakılıların oyununun nəticəsi də önəmlidi. Belə olan halda, Roman Qriqorçukun yetirmələri ən azı gümüşü təmin edəcək. Məğlubiyyət isə “qırmızı-qaralar”ın qızıl sevdasının sonu ola bilər. Amma bunun üçün digər oyunda da “Qarabağ”ın qalib gəlməsi lazımdı. Ağdamlıların qələbəsi turu xalsız başa vuran “Qəbələ”nin qızıldan əl çəkməsi, Qurban Qurbanovun yetirmələrinin ardıcıl 4-cü çempionluğu üçün yetərli olacaq.


Lakin Gəncədəki görüş meydan sahiblərinin avrokubok mübarizəsi baxımından da önəmlidi. “Kəpəz” qalib gəlməsə, Şahin Diniyev və yetirmələri “Əlvida, Avropa” deyə bilər. Amma bunun üçün Sumqayıtda tərəflərdən birinin qalib gəlməsi lazımdı.

Tura mərkəzi oyunla yekun vurulacaq. Artıq mükafatları təmin edən “İnter”lə “Qarabağ” paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi növbəti dəfə büdrətməyə çalışacaq.

“İnter” qələbə qazansa gümüş şansını da qoruyacaq. Zaur Svanadzenin yetirmələri heç-heçə etsə, “Qəbələ” qalib gəlsə və ya bakılılar uduzsa, “qırmızı-qaralar” xal qazansa, onda “bankirlər”in gümüş xəyalı sona çatacaq və bürüncün sahibi rəsmiləşəcək.

Ağdam klubu isə izləyicisi ilə 4 xallıq fərqi qorumaq üçün qalib gəlməlidi. Səfərə 3 xal üçün yollanacaq Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsini bildiyindən meydana daha rahat çıxacaq. Qərbdəki qarşılaşmada “Qəbələ”nin uduzması “İnter Arena”dakı görüşə qızıl əhəmiyyəti verəcək. Çünki qazanılacaq 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyacaq. Digər hallarda isə çempionluq intriqası ən azı növbəti turadək davam edəcək.

Azərbaycan Premyer Liqası

XXVI tur

16 aprel (bazar)

16:00. “Kəpəz” – “Qəbələ”

Mövsümün ilk 3 oyunu: 0:2, 1:2, 1:1

Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

18:30. “İnter” – “Qarabağ”

Mövsümün ilk 3 oyunu: 2:1, 0:0, 1:0

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim inspektor: Kərim Ağayev

“İnter Arena”

1.

Qarabağ

25

16

5

4

39-12

53

2.

Qəbələ

25

13

10

2

43-14

49

3.

İnter

25

11

10

4

36-25

43

4.

Zirə

26

8

9

9

23-26

33

5.

Sumqayıt

26

8

8

10

25-32

32

6

Neftçi

26

9

2

15

23-40

29

7.

Kəpəz

25

6

9

10

19-26

27

8.

AZAL

26

1

7

18

12-45

10

Bombardirlər: Filip Ozobiç ("Qəbələ") – 11 qol; Rauf Əliyev ("İnter") - 9.