çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Panama yığma komandasının yarımmüdafiəçisi öldürülüb

16.04.2017 09:02 Oxundu 1871

Panama yığma komandasının yarımmüdafiəçisi Amilkar Enrikes Nuevo-Kolonda evi yaxınlığında güllələnərək öldürülüb.“Daily Mirror” nəşrinin verdiyi məlumata görə, bir neçə güllə yarası alan 33 yaşlı futbolçu xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə zamanı yaralanan Jozemar Pedro və Delano Vilson da xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A. Enrikes 2005-ci ildən milli komandada çıxış edir. İndiyə qədər 75 oyunda iştirak edən futbolçu sonuncu dəfə bu il martın 28-də ABŞ yığması ilə görüşdə meydana çıxıb.apa