çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Məsud Özil: "Çində oynamaq istəmirəm"

16.04.2017 15:55 Oxundu 1948

“Arsenal”ın yarımmüdafiəçisi Məsud Özil ötən yay Çindən aldığı təklifdən imtina etdiyini bildirib. Bu barədə M. Özil avtobioqrafiyasında yazıb. O deyib ki, Çindən aldığı transfer təklifi cəfəng olub: “Çinlilər mənə 5 ilə görə 100 milyon funt-sterlinq ödəməyə hazır idilər. Bu, təsəvvür edə bilməyəcəyim misli görünməmiş pul məbləği idi. Buna baxmayaraq, mənə 3 dəqiqədən az vaxt lazım oldu ki, təklifdən imtina edim. Agentim Erkut zəng edərək məndən soruşdu: "Fikrimcə, biz bundan sonra nə edəcəyimizlə bağlı razılığa gəldik, elə deyilmi?". Mən cavab verdim: "Karyeramı başa vurmağa hələ çox var. Hələ də “Arsenal”la trofey qazanmaq istəyirəm. Nə qədər pul təklif etmələrindən asılı olmayaraq, Çində oynamaq istəmirəm. Heç vaxt”.