1767
Bu gün Topaz Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib. Turun ikinci gününə Gəncədə start verilib. “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşıb. “Qırmızı-qaralar” ötən turun “Qarabağ”la oyunu ilə müqayisədə meydana fərqli heyətlə çıxıb. Baş məşqçi Roman Qriqorçuk ilk “11-lik”də 4 dəyişiklik edib. Bu dəfə Rasim Ramaldanov, Rikardinyo, Rəşad Eyubov və Araz Abdullayev start heyətində yer alıblar. Nika Kvekveskiri, Ruslan Qurbanov, Cavid Hüseynov və Ürfan Abbasov isə ilk “11-lik”dən kənar qalıb.
Qarşılıqlı hücumlarla başlayan matçda ilk təhlükəni “Qəbələ” yaradıb. Sürətli hücum zamanı cərimə meydançasında daxil olan Sergey Zenyovun qapı istiqamətində zərbəsi tirin üstündən keçib. Meydan sahiblərindən Jülien Ebahla Tural Axundovun uzaq zərbələri yaddaqalan olub. Dario Federikonun yaxın məsafədən zərbəsi zamanı isə Dmitri Bezotosnı reaksiya nümayiş etdirib. Araz Abdullayevin cərimə zərbəsindən ötürməsini müdafiəçilər qapıçı meydanından uzaqlaşdırıb. Az sonra isə yarımmüdafiəçinin cərimə meydanı daxilindən göndərdiyi top rəqibə tuş gəlib. Fasilə ərəfəsində isə “Qəbələ” hesabı açmaq üçün ardıcıl 2 imkan qazanıb. Öncə qapıçının kobud səhvindən sonra topa yiyələnən Baqali Dabo çərçivəni nişan ala bilməyib. Son saniyələrdə isə Filip Ozobiç 12 metrdən dirəyin möhkəmliyini yoxlayıb.
İkinci hissəyə “Qəbələ” daha fəal başlasa da, “Kəpəz”in sürətli əks-hücumları daha təhlükəli olub. Gəncə təmsilçisi ardıcıl bir neçə epizodda hesabı açmağa yaxın olsa da, həm qeyri-dəqiqlik, həm də Bezotosnının inamlı oyunu buna imkan verməyib. “Qırmızı-qaralar” isə Ozobiçlə qol imkanı qazanıb. Amma Filipin 7-8 metrdən zərbəsini qapıçı dəf edib. Meydan sahiblərinin əks-hücumları isə bəhrəsini verib. Bir neçə dəfə qol imkanını qaçıran Jülien Ebah fərqlənməyi bacarıb. Qriqorçuk əvəzetmələrlə oyunda dönüş yaratmağa çalışıb. Bu məqsədlə öncə Cavid Hüseynov, ardınca Asif Məmmədov meydana daxil olub. Lakin “Kəpəz”in qapısı önündə real qol vəziyyəti yaratmaq üçün yetərli olmayıb. Ruslan Qurbanovun komanda yoldaşını əvəzləməsindən sonra hücumların kəsəri artıb. Arazın sol cinahdan ötürməsi zamanı Ramaldanovun baş zərbəsindən sonra top tirdən dönüb. Az sonra isə Tellurun ötürməsini Sergey Zenyov qapıya vurub. Lakin rəqib qapıçı yaxın məsafədən zərbəni küncə çıxarıb. Böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar”ı əks-hücumlarla gərginlikdə saxlayan meydan sahibləri uzatma dəqiqələrində fərqi artırıb. Qapıçı ilə təkbətək çıxan Dario Federikonun ilk zərbəsini Bezotosnı dəf etsə də, təkrar toxunuş qolla nəticələnib.
Beləliklə, “Qəbələ” Gəncə səfərindən 0:2 hesablı məğlubiyyətlə dönüb.
Azərbaycan Premyer Liqası
XXVI tur
16 aprel (bazar)
“Kəpəz” – “Qəbələ” - 2:0
Qol: Ebah, 70, Dario, 90+3
Mövsümün ilk 3 oyunu: 0:2, 1:2, 1:1
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 80. Tural Rzayev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
Q