çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Məğlub olsalar da...

07.07.2016 20:02 Oxundu 1661

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir. Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də növbəti matçına çıxıb. Roman Qriqorçukun yetirmələri üçün qarşılaşma formal xarakter daşıyırdı. Belə ki, ilk oyunda Bakıda əldə olunan 5:1 hesablı darmadağından sonra səfərə - Gürcüstana rahat yollanan qəbəlilər məğlub olsalar da, növbəti mərhələyə yüksəliblər. Hesabı meydan sahibləri -“Samtredia” açıblar. Zivzivadze 14-cü dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Hissənin sonlarına yaxın "Qəbələ"nin yeni qolçusu Teo Uiks hesabı bərabərləşdirib. İkinci hissə bərabərsəviyyəli oyun gedib. Azarkeşlər bir də matça əlavə olunmuş 2-ci dəqiqədə qol izləyiblər. Meydan sahiblərindən Şergelaşvili qələbə qolunu vurub. Ancaq məğlubiyyətə baxmayaraq, turu keçən tərəf təmsilçimiz olub.

Qeyd edək ki, "Qəbələ" ikinci təsnifat mərhələsində MTK (Macarıstan) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

“Samtredia” (Gürcüstan) – “Qəbələ” - 2:1

Qollar: Zivzivadze, 14, Şergelaşvili, 90+2 - Uiks, 42

Baş hakim: Georgios Kizas

Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas

Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)

Zestafoni. David Abaşidze stadionu

İlk oyun – 1:5

“Samtredia”: 12. Miqnieşvili, 3. Qoqiaşvili, 4. Sandoxadze, 10. Arabuli, 11. Zivzivadze, 15. Çnobiladze, 16. Şerqelaşvili, 22. Mçedlişvili, 26. Datunayşvili (k), 39. Qorqiaşvili, 77. Qamkrelidze.

Ehtiyat oyunçular: 30. Meşveliani, 2. Mtivlişvili, 6. Mancqaladze, 7. Rajamaşvili, 8. Markozaşvili, 14. Cikiya, 17. Kerdzevadze.

Baş məşqçi: Giorgi Tsedzadze

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Ürfan Abbasov.

Ehtiyat oyunçular: 33. David Pietrjkeviç, 4. Elvin Camalov, 17. Məhəmməd Mirzəbəyov, 29. Hacıağa Hacıyev, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk