çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Toni Adamsın debütü uğurlu olmadı VİDEO

17.04.2017 09:29 Oxundu 1837

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams "Qranada"nın sükanı arxasında futbol üzrə İspaniya La Liqasında debüt edib. XXXII turun "Selta" ilə ev oyunu Adamsın komandasının böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 0:3. İlk yarıda Sançes Jozabedin qoluna (dəq. 23) əngəl ola bilməyən "Qranada" növbəti qollarını ikinci hissənin sonlarında 4 dəqiqə ərzində buraxıb. Həmin topların müəllifləri Marselo Dias (dəq. 73) və Klaudio Bovue (dəq. 76) olub. Bu məğlubiyyətdən sonra "Qranada" 20 xalla 19-cu pillədə qalıb. Bu komandanı sona 6 tur qalmış La Liqadan enməməyə imkan verən 17-ci pillədən 7 xal ayırır.

Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Real Madrid" başçılıq edir. "Barselona" 72 xalla 2-ci, "Atletiko" 65 xalla 3-cüdür.

d