çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Kəpəz” “Xəmsə” fan-klubunun rəhbərinə yardım edəcək

17.04.2017 11:24 Oxundu 2420

“Kəpəz” futbol klubu ağız xərçəngindən əziyyət çəkən “Xəmsə” fan-klubunun rəhbəri Adil Məmmədova öz imkanları daxilində köməklik göstərəcək. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Yardımın hansı formada olacağı bildirilməsə də, klub A.Mahmudovun durumunu diqqətdə saxlayacağını açıqlayıb. Qeyd edək ki, aprelin əvvəlində xərçəng diaqnozu qoyulan Adil Məmmədov hazırda Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası kimyaterapiya şöbəsində müalicəsini davam etdirir.Report