18.04.2017 07:33
1824
1824
Aprelin 20-dən 25-dək Gürcüstanda “Dinamo” (Tbilisi) futbol komandasının məşhur yarımmüdafiəçisi Vitali Daraseliyanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Turnirdə Azərbaycanın “Qəbələ”, Gürcüstanın “Dinamo”, İtaliyanın “İnter”, Belçikanın “Gent”, Xorvatiyanın “Dinamo”, Ukraynanın “Dinamo” (Kiyev), Türkiyənin “Trabzonspor” və Hollandiyanın “AZ” klublarının 16 yaşadək komandaları mübarizə aparacaqlar.
Oyunlar Tbilisinin “Dinamo” akademiyasının meydançasında, final qarşılaşması isə “Dinamo Arena”da keçiriləcək.
V.Daraseliyanın xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnir Tbilisidə 2016-cı ildə təşkil edilib. Həmin turnirdə Hollandiyanın “AZ” komandası qalib olub.