çərşənbə axşamı, 13 yanvar 2026

DİGƏR NÖVLƏR

“Raquf Orucov Kuboku”unda iştirak edəcəklər

18.04.2017 07:40 Oxundu 1987

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Judo Club 2012”nin təşkilatçılığı ilə aprelin 20-də 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında beynəlxalq turnir keçiriləcək. Turnir aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər hərbçilərimizin əziz xatirəsinə həsr edilib.

“Raquf Orucov Kuboku” turnirində Azərbaycan ilə yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları da iştirak edəcəklər.

Turnir Bakı İdman Sarayında təşkil olunacaq.