çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Con Terri "Çelsi"ni tərk edəcək

18.04.2017 11:18 Oxundu 2018

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Con Terri cari mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Terri komandanın rənglərini 1998-ci ildən təmsil edir. O, "londonlular"ın heyətində 16 müxtəlif titula yiyələnib: 4 İngiltərə çempionluğu, 5 İngiltərə Kuboku, 3 Liqa Kuboku, 2 İngiltərə Superkuboku, Çempionlar Liqası və Avropa Liqası.